XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

21 May 2015 - 15:39

“Üzr istəyirəm hamınızdan…” – VİDEO

“Gündəlik” verilişinin aparıcısı Mətanət Əliverdiyeva verilişində söylədiyi və səs-küy yaradan sözlərinə aydınlıq gətirib.

Hadisə baş verən günü efirə çıxmaqdan imtina edən aparıcının növbəti gün efirdə hadisəni şərh edərkən dediyi fikirlər bəzi insanlarda qıcıq yaradıb. Mətanət Əliverdiyevanın dediklərini düzgün olmayan formada çatdıran bəzi mətbuat orqanları aparıcı ilə tamaşaçıları üz-üzə qoyublar. övlad tikisi yaşayan, iki oğul anası olan aparıcı canlı yayımda göz yaşlarına hakim ola bilməyib və faciə qurbanlarının ailəsinə başsağlıq verib, onlardan üzr istəyib:
“Artıq baş verən hadisənin 3-cü gününü yaşayırıq. Ayın 19-u çoxmərtəbəli binanın yanması xeyli sayda insanın xəsarət almasına səbəb oldu, Allah bütün ölənlərə rəhmət etsin! Orada körpə uşaqlar da var idi, onlara daha çox acıyıram. çünki mən də anayam, mənim də körpə uşağım var. Bu gün “Gün üzündə” o uşaqları yada salıb çox qəhərləndim. Bütün qonağlarım da, tamaşaçılar da bilirlər ki, elə bir söz işlətdim ki, bütün kütləvi informasiya vasitələrində yayıdı və mənə qarşı istifadə olundu.
Mən qeyd edəndə ki, “insanın gözünün qarşısından bir lent kimi, film kimi gəldi keçdi” – bu fikirimi bəzi insanlar başqa yerlərə yozdular və hər yerə yaydılar. Mən elə bir insanam ki, balaca bir uşaqdan da üzr istəməyi bacarıram. Evdə öz övladım da məndən küsəndə mən ondan üzr istəyirəm. Bəzi insanlar həssas məqamlar yaşayan faciə qurbanlarının durumundan istifadə edib, mənim bu sözlərimi əsas gətirərək onlar da qıcıq yaratdılar. Həqiqətən də buna dəyməzdi. Mən gərək daha diqqətli olardım. Biləydim ki, hadisəni necə deməliyəm. Fikirimi elə əsaslandırmalıydım ki, heç kimdə qıcıq yaranmasın. Təəssüf, oldu…
Bu faciəni yaşayan insanların hissiyatına toxunmuşamsa, onlarda doğurdan da qıcıq yaratmışamsa, elə sözümü yozan insanların adından hamıdan üzr istəyirəm. Mən heç kimin hissiyatı ilə oynanyan birisi deyiləm. Mən özüm də iki uşaq anasıyam. (ağlayır-red) Bilirsiz, faciələri hamımız yaşayırıq, mən özüm də övlad itirmişəm. Bu məqamı ilk dəfədir ki, səsləndirirəm. Bunu bu günə qədər heç yerdə deməmişəm. Yəni mənim qeyrətim o qədər kasad oldu ki, kiminsə xətrinə dəydim?!
üzr istəyirəm hamınızdan… İstəyirəm qonaqlarımı təqim edim…”.
Atv.az