XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

25 Mart 2016 - 16:26

Türkiyənin məşhur “NTVSpor”kanalı bağlanır

ntv-spor1Türkiyənin məşhur idman telekanallarından biri bağlanır.

“Vatan” qəzeti xəbər verir ki, “Doğuş” yayım qrupunun sahib olduğu “NTVSpor” telekanalının bağlanmasına hazırlıq başlanıb.

Telekanalın bir müddətdir zərərlə çalışması səbəbindən öncə işçilərin əhəmiyyətli qismi ixtisar ediləcək, daha sonra isə telekanal tamamilə bağlanacaq. İlk olaraq “NTVSpor”un tanınmış simalarından Özgür Buzbaş, Irmak Kazuk, Ali Ece və Burcu Hakyemez Dal ilə birlikdə 30 nəfər işdən çıxarılıb, bununla bağlı həmin şəxslərə dünən və bu gün müvafiq əmr təqdim edilib.

Ümumilikdə telekanalda ixtisarlar 1-2 ay davam edəcək, bu prosesin yekununda isə “NTVSpor”un yayımı tamamilə dayandırılacaq. (virtualaz.org)