XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

22 May 2015 - 06:51

“Niyə bağırmırdı ki, ay camaat, məni öldürürlər? – “Şərəfsiz” sözünə cavab gəldi

ATV-nin əməkdaşı İlkin Həsəninin ANS-in ünvanına səsləndirdiyi kəskin fikirlərə qarşı tərəfin cavabı özünü çox gözlətməyib.

Strateq.az Publika.az-a istinadən xəbər verir ki, ANS Şirkətlər Qrupu prezidentinin müşaviri Mayis Məmmədovun cavabı belə olub:

“Əgər ANS belə konslager idisə, onda niyə həmin insan uzun illər bu konslagerdə işləməyə razı olurdu? Bəs niyə susurdu, ərizə yazıb canını bu konslagerdən qurtaraydı da. Belə əzab-əziyyət görürdüsə, niyə hüquq mühafizə orqanlarına müraciət etmirdi, niyə bağırmırdı ki, ay camaat, məni ANS-də öldürürlər, gəlin, qurtarın? Belə şeyləri danışmaq, yazmaq ayıbdır. Hər kəs ANS-i yaxşı tanıyır və bilir ki, necə vətənpərvər işçiləri var. ANS cəbhə bölgələrində olanda heç bir telekanal onun yanında yox idi. Hansı telekanalda cəbhədə olan, yaralanan, ölümlə üz-üzə qalan, canını verən jurnalist var? Bu gün də ANS-in işçiləri Qarabağ müharibəsinin qəlpələrini bədənində gəzdirir”.

İlkinin “şərəfsiz” sözünə isə Mayis Məmmədovun cavab verib: “Şərəfimiz göz qabağındadır”.