XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

27 Oktyabr 2020 - 15:51

XİN:“Ermənistan jurnalistlərə hücum edir!”

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) “Euronews”un çəkiliş qrupunun Ermənistan silahlı qüvvələrin tərəfindən atəşə tutulmasına münasibət bildirib.

XİN-in “Twitter” hesabında bildirilib ki, beynəlxalq humanitar hüquq jurnalistlərə qarşı hücumları qadağan edir.

Bildirilib ki, “Euronews”un çəkiliş qrupunun hücumuna məruz qalması mülki vətəndaşları və jurnalistləri hədəf alan Ermənistanın əsl üzünü bir daha göstərir: “Ermənistan beynəlxalq hüquqa dair öhdəliklərini kobud şəkildə pozaraq jurnalistlərə hücum edir!”/APA.