XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

29 Mart 2016 - 11:28

“Bəşəriyyətin hər zamankından daha çox sülhə, dini və milli tolerantlığa ehtiyacı var” –BAMF bəyanat yayıb

ierf

Beynəlxalq Avrasiya Mətbuat Fondu dünyanın müxtəlif ölkələrində baş verən terror hücumlarıyla bağlı narahatlığını ifadə edən bəyanat yayıb.

Bəyanatda deyilir: “Sülhün bərqərar olmasının, davamlı inkişafın dəstəklənməsinin, ekoloji problemlərin həllinin olduqca aktual olduğu dövrdə, dünyamızı və insanlığı sarsıdan terror hadisələrini üzüntü ilə qarşılayırıq. Bəşəriyyətin bu gün hər zamankından daha çox sülhə, barışa, dini və milli tolerantlığa ehtiyacı var.

Dini və mili ayrıseçkilikdən istifadə edən terror qrupları insanlar arasında vahimə, qorxu yaratmaqla sivilizasiyalar və mədəniyyətlər arası qarşılıqlı inamı pozmaq və bununla da öz çirkin cinayətlərini həyata keçirməkdə israrlıdırlar. İslam dininin pərdəsi altında fəaliyyət göstərən qatı irticaçı qrupların islamı gözdən salmaq, müsəlman dünyasının cari ağır vəziyyətində onu qınaq obyektinə çevirmək istiqamətində səyləri islam dünyasına, mənəviyyatına və ümumuyyətlə insanlığa ziddir”.

Bəyanatda qeyd edilib ki, Ankarada, İstanbulda, Brüsseldə və Lahorda ardıcıl baş verən  terror hadisələri insanlığa qarşı bəşəri nihilizmin yaratdığı acı faciələrdir: “Terror nəticəsində həlak olanların ailələrinə dərin hüznlə baş sağlığı veririk”.