XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

05 Noyabr 2020 - 12:38

İrana məxsus 27 domen bloklandı –Qərar

ABŞ Federal Təhqiqatlar Bürosu yerli və xarici izləyicilərin şüuruna təsir göstərməyə çalışdığına görə İrana məxsus 27 domenin bloklandığını açıqlayıb.

Strateq.az “Fars” agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi qərar qəbul edib.

Nazirlik ABŞ prezident seçkilərinə müdaxilə etmək bəhanəsi ilə 27 İran veb-saytının domenlərinin bloklanması barədə göstəriş verib.

Federal Təhqiqat Bürosunun (FTB) açıqlamasında deyilir ki, həmin veb-saytlardan dördü xəbər agentliklərinə aiddir və İnqilab Keşikçiləri (İİKK) ilə əlaqədə şübhəli bilinirlər. Onlar Amrika auditoriyasına təsir göstərməyə cəhd göstərib. Qalan domenlər isə qlobal auditoriyanı hədəf alıb.

Xatırladaq ki, bundan əvvəl ABŞ Ədliyyə Nazirliyi İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən istifadə edilən 92 internet domenini bloklayıb.