XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Noyabr 2020 - 14:37

“WhatsApp”da daha bir yenilik –Mesajların avtomatik silinməsi funksiyası istifadəyə veriləcək

“Facebook” şirkəti “WhatsApp” messencerində müəyyən bir müddətdən sonra yazışmaların avtomatik silinməsinə imkan verəcək yeni funksiyanı işə salacağını elan edib.

Bu barədə şirkətin açıqlamasında deyilir.

“İtən mesajlar” adlanacaq bu funksiya aktivləşdirildiyi zaman göndərilən mesajlar 7 gündən sonra silinəcək. Sözügedən funksiyanın bir ay ərzində bütün istifadəçilər üçün əlçatan olacağı bildirilir/APA.