XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

10 Noyabr 2020 - 18:32

“Microsoft” “Windows 10” əməliyyat sistemli kompüterləri icbari qaydada yeniləyəcək –Detallar

“Microsoft” şirkəti istifadəçilərin razılığı olmadan köhnəlmiş “Windows 10” əməliyyat sistemini yeniləmək niyyətindədir.

Bu barədə “Windowslatest” məlumat yayıb.

Söhbət 2019-cu ilin may ayında çıxan və kod nömrəsi 1903 olan “Windows 10” əməliyyat sistemlərindən gedir. Hazırda kompüterlərin 20 %-i bu əməliyyat sistemi ilə işləyir, sistemin dəstəklənməsinin son tarixi isə dekabrın 5-də bitir.

“Microsoft” kompüterləri avtomatik olaraq 1909 versiyasını yeniləməyə qərar verib. “Windows 10 Home” istifadəçiləri üçün yeniləmə qaçılmaz olacaq, amma “Pro” versiyasında yeniləmə xidmətini sadəcə söndürmək olar. “Windows 10 Enterprise” və “Education” əməliyyat sistemli kompüterlər daha iki il dəstəklənəcək/Report.