XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Dekabr 2020 - 20:21

“Facebook” məhkəməyə verildi –ABŞ-da

ABŞ Federal Ticarət Komissiyası (FTC) və 48 ştatın baş prokurorları ötən gün “Facebook” şirkətinə qarşı iki antiinhisar məhkəmə iddiası qaldırıb.

Məlumata görə, FTC-nin açıqlamasına görə, həmin iddialar şirkətin “WhatsApp” və “Instagram” applarını satın alaraq “inhisarçı mövqeyinə risqləri aradan qaldırmaq üçün proqram hazırlayanlar üçün rəqabətdə əlverişsiz şərait yaradıb”, bununla da “rəqabətə ziyan yetirərməklə istehlakçılar üçün sosial şəbəkə seçimini məhdudlaşdırıb”, “reklamçıları rəqabət üstünlüklərindən məhrum” edib.

Bir ildən artıq təhqiqat aparmış FTC-yə görə “Facebook”un təsisçisi Mark Zukerberq və digər rəhbərləri yenilikçi sosial şəbəkə olan “İnstagram”ı “Facebook”un inhisarçı hakimiyyətinə təhlükə hesab edərək əvvəlcə rəqabət aparıb, sonra isə 1 milyard ABŞ dollarına satın almaq qərarına gəlib.

Həmçinin 2012-ci ildə mobil mesencerləri arasında dünya liderinə çevrilmiş “WhatsApp”ı da 2014-cü ilin fevral ayında 19 milyard dollara satın almaq elanı verilib.

“Facebook”dan sözügedən məhkəmə iddiasını şərh edərək hökumətin bir neçə il əvvəl bəyəndiyi sövdələşmələrin tarixinə dair “yeni dəyərləndirmə” olduğunu bildiriblər.

Baş prokurorların isə məhkəmə iddiasında “Facebook” şirkətinin inhisarçı mövqeyini saxlamaq üçün topladığı məlumatlardan yararlandığı vurğulanır/Report.