XƏBƏR LENTİ

26 Yanvar 2021

Digər Xəbərlər

10 Dekabr 2020 - 23:38

“Facebook Messenger”in işində nasazlıq yaranıb

Bir sıra ölkədə “Facebook Messenger” tətbiqinin istifadəçiləri xidmətdə nasazlığı yarandığını bildirib.

Məlumata görə, “Messenger”in işindəki nasazlıq günün ikinci yarısından başlayaraq Böyük Britaniya, Yunanıstan, Polşa, Belçika, Niderland, Avstraliya və neçə digər ölkədə qeydə alınıb. Eyni hal Azərbaycanın internet məkanında da müşahidə olunur.

“Downdetector”un məlumatına görə, “Messenger” istifadəçilərinin 52%-i mesajın alınması, 31%-i server, 16%-i isə avtorizasiya ilə bağlı problemlərin olduğunu bildirib/APA.