XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

01 Aprel 2016 - 00:32

AzTV sədrinin Qulu Məhərrəmli ilə davası –Məhkəməyə bu gün start veriləcək

arif-alisanov-qulu

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanovun AzTV-nin "Səhər" proqramının keçmiş rəhbəri Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesinə bu gün (aprelin 1-i) start veriləcək.

Strateq.az xəbər verir ki, proses saat 09:30-da Yasamal Rayon Məhkəməsində Azər Tağıyevin sədrliyi ilə keçiriləcək. 

Xatırladaq ki, Arif Alışanovun məhkəməyə müraciət etməsinə səbəb Qulu Məhərrəmlinin bir neçə media qurumunda televiziyanın kütləvi yayıma başlamasının 60 illiyi ilə bağlı verdiyi açıqlamalardır. Jurnalist həmin açıqlamalarda AzTV-nin bugünkü fəaliyyətini bəyənmədiyini bildirib, bunu qurumun rəhbərinin qeyri-peşəkar olması və yaradıcı menecmenti bilməməsi ilə izah edib.