XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

15 Dekabr 2020 - 23:31

“Azərişıq” və “Azərenerji”nin mətbuat katibləri koronavirusa yoluxub:"Bu, çox amansız xəstəlikdir"

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev (Aydınoğlu) koronavirusa yoluxub.

Bu barədə o, özü məlumat verib.

“Çalışın özünüzü qoruyun. Bu, çox amansız xəstəlikdir. Arxayın olub, müalicəni yarımçıq saxlamayın. Vitaminlər, bol maye, güclü yeməklərlə maksimum hərəkətdə olun. Passivləşməynizə imkan verməyin. Hər nə olur-olsun, yüksək əhval ruhiyyəni qoruyun. Ağrıları dözülməzdir, amma təslim olmaq olmaz!”, – o, qeyd edib.

“Report”un əldə etdiyi məlumata görə, “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayevin də bir neçə gün əvvəl verdiyi koronavirus testinin nəticəsi müsbət çıxıb.

Hazırda hər iki mətbuat katibi ev şəraitində müalicə olunur.