XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Dekabr 2020 - 20:35

“YouTube” Türkiyədə nümayəndəlik açır

“YouTube” Türkiyədə təmsilçiliyinin açılması ilə bağlı qərar qəbul edib.

“YouTube”un yaydığı açıqlamada şirkətin hər zaman şəffaflıq, ifadə azadlığı və məlumat əldə etmə öhdəliyini qoruyaraq fəaliyyətini davam etdirdiyi ölkələrdə yerli qayda-qanunlara riayət etməyə diqqət göstərdiyi bildirilir.

Qeyd edilir ki, “YouTube”un Türkiyədəki məzmun istehsalçıları və istifadəçiləri üçün nə qədər vacib olduğunu nəzərə alaraq şirkət bu ölkədə hüquqi nümayəndəsinin təyin edilməsi ilə bağlı qərar qəbul edib.