XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

25 May 2015 - 11:54

Nazir telejurnalistə vəzifə verdi – Təyinat

zemine eli.jpg

Azərbaycanın Energetika Nazirliyinin mətbuat xidmətinə yeni təyinat olub.

Məlumata görə, tanınmış telejurnalist Zəminə Əliyeva qurumun mətbuat katibi vəzifəsinə təyin olunub (Teleqraf.com).

Qeyd edək ki, həmin postu təmsil edən jurnalist Azər Mənsimli bir müddət öncə öz ərizəsi əsasında vəzifəsindən kənarlaşdırılıb.

Zəminə Əliyeva 25 dekabr 1980-ci ildə Zəngilanda anadan olub. 2002-ci ildə BDU-nun Jurnalistika fakültəsini bitirib. Müxtəlif telekanallarda çalışıb. 2013-cü ilin avqust ayından etibarən ” Space” TV-də Xəbərlər Xidmətinin rəhbər müavini kimi fəaliyyət göstərib.