XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Yanvar 2021 - 14:38

“Twitter”in səhmləri 12% ucuzlaşıb –Trampa görə

ABŞ Prezidenti Donald Trampın hesabını bağladıqdan sonra “Twitter”in səhmləri 12% ucuzlaşıb.

“Business Insider”in verdiyi məlumata görə, nəticədə şirkətin bazar dəyəri 5 mlrd. dollar azalıb. İnvestorlar Prezident Donald Trampa məxsus 88 mln. abunəçisi olan mikrobloqun bağlanmasından sonra platformaya olan marağın azala biləcəyini ehtimal ediblər.

Qeyd edək ki, “Twitter” ABŞ Prezidenti Donald Trampın səhifəsini Ağ Ev qarşısında baş verən insidentdən sonra birdəfəlik bağlayıb/APA.