XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Yanvar 2021 - 18:06

“Qarabağ”dan Nurlan İbrahimovun istefasına reaksiya:"Mətbuat xidmətinə yeni rəhbər təyin olunacaq"

“Bilirsiniz ki, UEFA Nurlan İbrahimova ömürlük cəza verib və bu qadağa qüvvədədir”.

Bu fikirləri “Qarabağ”ın icraçı direktoru Emrah Çelikel klubun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun istefasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, komandanın həm avrokuboklarda iştirak edə bilməsi, həm də lisenziyalaşdırma üçün həmin şöbənin işlək vəziyyətdə olmağı lazımdır: “İbrahimov da bunun məsuliyyəti ilə belə bir qərar qəbul etdi. Təbii ki, İdman Arbitraj Məhkəməsinin (CAS) cavabından sonra tam dəqiq danışmaq olar”.

Çelikel Mətbuat xidmətinə yeni rəhbər təyin olunacağını vurğulayıb: “Nurlan İbrahimov komandanın üzvü deyil, UEFA-nın qaydalarına görə, bu, mümkünsüzdür. Yalnız qərar dəyişəcəyi halda onun kluba mümkün qayıdışı barədə bir söz demək olar. Hazırda bu yer boşdur. Qaydalara görə, bu vəzifə üçün yeni təyinat olmalıdır. Amma vaxtı dəqiq bilinmir”.

Qeyd edək ki, UEFA Dağlıq Qarabağ münaqişəsi zamanı feysbukda ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb. Həmçinin “Qarabağ” 100 000 avro məbləğində cərimələnib/Report.