XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

26 May 2015 - 10:53

Dövlət sirrini necə qoruyaq? — Layihə

feysbuk.jpg

“Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Sosial şəbəkələrdə və onlayn mediada dövlət sirri təşkil edən məlumatların qorunması sahəsində maarifləndirmə, məlumatlandırma kampaniyasının aparılması” layihəsini həyata keçirir.

Layihənin məqsədi maarifləndirmə və məlumatlandırma tədbirləri ilə sosial şəbəkələrdə, onlayn mediada milli təhlükəsizliyə xələl gətirən informasiyaların yayılmasının qarşısının alınması və dövlət sirri təşkil edən hərbi məlumatların qorunması istiqamətində həyata keçirilən tədbirlərə yardım göstərilməsidir.

Layihə fəaliyyətləri kimi Facebook sosial şəbəkəsində sayı üzvlərinin sayı 10000 dən çox olan, populyar qrupların adminləri və fəal istifadəçilərinin iştirakı ilə seminarlar keçirilməsi, KİV-də maarifləndirici materialların dərc edilməsi, sosial şəbəkələrdə maarifləndirmə işinin təşkili nəzərdə tutulub. Bu materiallar milli təhlükəsizliyə xələl gətirən informasiyaların yayılmasının qarşısının alınması və dövlət sirri təşkil edən hərbi məlumatların qorunması tənzimləyən qanunvericilik, başaqa ölkələrin bu sahədə təcrübəsindən bəhs edəcək.

Artıq Feysbuk sosial şəbəkəsində “Netsecurity” adlı səhifə (https://www.facebook.com/politklub) və eyni adlı qrup (https://www.facebook.com/groups/1836890323203666/) yaradılıb.

Bu səhifə və qrupda qrupda sosial şəbəkələrdə milli təhlükəsizliyə xələl gətirən informasiyaların yayılmasının qarşısının alınması və dövlət sirri təşkil edən hərbi məlumatların qorunması ilə bağlı qanunvericiliyin normalarına riayət olunması barədə maarifləndirmə işi aparılacaq, müzakirələr açılacaq.

Layihənin icrası nəticəsində sosial şəbəkələrdə milli təhlükəsizliyə xələl gətirən informasiyaların yayılmasının qarşısının alınması və dövlət sirri təşkil edən hərbi məlumatların qorunması məsələlərinə ictimai diqqət artacaq.
Sosial şəbəkə istifadəçiləri milli təhlükəsizliyə xələl gətirən informasiyaların yayılmasının qarşısının alınması və dövlət sirri təşkil edən hərbi məlumatların qorunması bağlı qanunvericililiyin tələbləri barədə ətraflı məlumat əldə edəcəklər.
Sosial şəbəkələrdə milli təhlükəsizliyə xələl gətirən informasiyaların yayılmasının qarşısının alınması və dövlət sirri təşkil edən hərbi məlumatların qorunması ilə bağlı sosial şəbəkə istifadəçilərinin mövqeyi, təklifləri ictimailəşəcək.

Strateq.az