Keçmiş ANS-çı geri qayıtdı – Eldəniz Elgünə telekanalda iş verildi

Son günlər Azərbaycan telekanallarında maraqlı kadr dəyişiklikləri baş verir.
Strateq.az xəbər verir ki, uzun illər ANS və “Space”de işləmiş Eldəniz Elgün yenidən ANS-ə qayıdıb.
Bununla bağlı o, “Facebook”da belə bir status yazıb:
“Dəyərli dostlar! Bu gündən ANS-də ilkin olaraq layihə rəhbəri kimi fəaliyyətə başladım. çox qısa zaman ərzində ANS TV yaranandan bəri mövcud olan bütün xəbərləri, çəkilişləri Azərbaycanda hamı görə biləcək. Mirşahin demişkən, ANS-in tarixi Azərbaycanın da tarixi olacaq. Növbəti xəbərləri isə günlər keçəndən sonra yazacağam”.
Xatırladaq ki, Eldəniz Elgün yeni vəzifəsinə qədər “Unikal” qəzetində işləyirdi.