XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Fevral 2021 - 21:50

“Twitter” Hindistanda 500 hesabı bloklayıb –Hökumətin tələbi ilə

Hindistanda hökumətin fermerlərin yeni əkinçilik qanunlarına qarşı etirazları ilə əlaqədar dezinformasiya və təhrikedici məlumatların yayılmasının dayandırılması ilə bağlı müvafiq tədbirlər görülməsini tələb etməsindən sonra “Twitter” şirkəti bu ölkədəki 500 hesabını bloklayıb.

TASS xəbər verir ki, şirkətdən bu addımın Hindistanda gizli məzmun siyasətinə uyğun olaraq atıldığı, hesablara hələ də Hindistan xaricində girişin mövcud olduğu bildirilib.

Qeyd edək ki, Hindistan hökuməti “Twitter”dən xəbər agentliklərinin, jurnalistlərin və siyasətçilərin hesablarını bloklamağı tələb edirdi. Şirkət bunun söz azadlığının təməl hüquqlarını pozacağını əsas gətirərək tələbi qismən yerinə yetirib/Report.