XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

05 Aprel 2016 - 11:45

Təxribat xəbərləri yayan rus telekanalının əməkdaşlarıAzərbaycandan qovuldu

lifenys

Rusiyanın LifeNews telekanalının çəkiliş qrupu Azərbaycandan deportasiya olunub.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun dediyinə görə, telekanalın jurnalistləri Azərbaycanda heç bir rəsmi akkreditasiya olmadan çalışıblar və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təxribat xarakterli, yalan məlumatlar yayıblar.

"Onlar Azərbaycana qarşı təxribatla məşğuldular, Dağlıq Qarabağ münaqişəsi barədə yanlış məlumatlar yayırdılar. Bunu nəzərə alaraq həmin jurnalistlərin ölkəmizin ərazisində olması qeyri-qənaətbəxş sayılıb", – H.Hacıyev deyib(Virtualaz.org).

Xatırladaq ki, bu telekanalın rəhbəri erməni Aşot Qabrielyandır.