XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 February 2021 - 15:24

MEDİA-nın İcraçı direktoru:""KİV haqqında" hazırkı qanun qüvvədən düşəcək"

“Media haqqında” yeni qanun layihəsi üzərində İşçi Qrup işini yekunlaşdırmaq üzrədir. Artıq müəyyən istiqamətlər bəllidir”.

Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov “Real TV”yə müsahibəsində deyib.

O bildirib ki, artıq “Kütləvi İnformasiya Vasitələri haqqında” qanunun qüvvədən düşməsi və Azərbaycanda yeni “Media haqqında” qanunun qəbul edilməsi prosesindəyik.