XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Aprel 2016 - 14:42

Ermənilər Qarabağda ciddi itki verdi –“Qardian”

meyit-ermeni-esgerleri

İngiltərənin nüfuzlu “Qardian” qəzeti Azərbaycanla Ermənistan arasında elan olunan atəşkəslə bağlı məlumat dərc edib.

Ermənistanın Dağlıq Qarabağ bölgəsində separatçı rejimə dəstək verdiyini yazan qəzet son qarşıdurmalar zamanı ermənilərin ciddi itkiyə məruz qaldığını yazıb.  

“Azərbaycan Müdafiə Nazirliyi atəşkəs razılığını açıqladı. Yaşanan qarşıdurmalarda hər iki tərəfdən ümumilikdə 64 nəfər hərbçi həlak olub. Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün dövlət büdcəsindən çoxdur. Enerji ilə zəngin olan Azərbaycan separatçı bölgəni geri almaq üçün istənilən yola əl ata bilər”, – məqalədə qeyd olunub(Axar.az).