XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

07 Aprel 2016 - 17:37

AzTV sədrinin Qulu Məhərrəmliyə qarşı davası –Hakim prosesi təxirə saldı

arif-alisanov-qulu

Bu gün Nəsimi rayonu Məhkəməsində "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovun telejurnalist Qulu Məhərrəmliyə qarşı iddiası əsasında məhkəmə prosesi başlayıb.

Hakim Etibar Hümbətovun sədrliyi ilə keçirilən proses jurnalistlərin iştirakı olmadan keçirilib.

Prosesdən sonra Q. Məhərrəmlinin vəkili Cavid Rzazadə jurnalistlərə açıqlamasında bildirib ki, onlar vəsatətlə çıxış ediblər. Vəsatətdə Yasamal rayon Məhkəməsində hazırda A. Alışanovun Q. Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında başqa bir işə baxıldığı əsas gətirilib və həmin proseslə bağlı məhkəmə bitdikdən sonra bu işə baxılmasını xahiş olunub.

Məhkəmə vəsatəti təmin edib və prosesdə aprelin 25-dək fasilə elan olunub(APA).

Qeyd edək ki, Arif Alışanov və Qulu Məhərrəmli arasında narazılıq jurnalistin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb. Arif Alışanov Qulu Məhərrəmlinin mətbuatda onun haqqında yaydığı məlumatla bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib. O, Qulu Məhərəmlidən 100 min manat tələb edib. Arif Alişanov ərizəsində həmin pulu uşaqlar evinə verəcəyini deyib. Bundan əlavə Arif Alişanov şərəf və ləyaqətinin təhqir olunduğunu əsas gətirərək  Yasamal Rayon Məhkəməsinə də müraciət edib. O, Qulu Məhərrəmlinin barəsində cinayət işinin başlanmasını istəyib.