XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

08 Aprel 2016 - 14:28

Ermənistan mətbuatı isterikada:Ermənistan-Rusiya ittifaqının sonu çatdı

medvedyev

Serj Sərkisyan Dmitri Medvedyevin səfərininn gedişində ona iki irad tutdu: Rusiya silahının Azərbaycana tədarükü və Avrasiya İqtisadi Birliyinin bu günlərdə baş nazirlərin İrəvanda toplantısını keçirməkdən imtinasına görə.  

Rəsmi açıqlamaya görə fikir yürüdülsə, Medvedyev heç bir cavab verməyib. O, dostluq haqda ənənəvi sözləri təkrar edib və lakin hətta Medvedyevin özünə də aydın idi ki, bu sözlər baş vermiş hadisələrin fonunda necə də axmaqcasına səslənir. Baş verənlərdən sonra sözlərə heç kim qulaq asmır, hamı fəaliyyəti izləyir. Fəaliyyəti isə sıradakılardır – Ovik Abramyan Rusiyanın Ermənistana 200 milyon dollarlıq müqavilə üzrə silah tədarük etmədiyini bildirərək sirri faş etdi. Medvedyev silahların tezliklə tədarük ediləcəyini vəd etməyə başlamadı. O, silah tədarükünün “şərt”ini irəli sürdü –  Rusiya ilə Ermənistan arasındakı dövlət sərhədlərini silmək. O, Ermənistana rusiyalıların Ermənistana daxili pasportlarla səfər etməyə icazə verməyini təklif etdi.

Bu arada Medvedyevin hərbi-sənaye kompleksi üzrə müavini Roqozin öz “Tvitter”ində yazıb ki, Medvedyevin nümayəndə heyətinin tərkibində Bakıya hazırlaşır. Yəni Ermənistana gəlməyinə heç bir lüzum yox idi – Ermənistanla heç bir hərbi-texniki əməkdaşlıq yoxdur. Bakıda isə onun mühüm işləri var.

Rusiya daha nə etməlidir ki, Ermənistan təhlükəsizlik haqda müqavilədən birtərəfli qaydada imtina etsin? Müqaviəyə görə, Ermənistan öz ərazisində “üçüncü ölkə”nin infrastrukturlarını yerləşdirmək hüququna sahib deyil.

Ermənistan Rusiyadan silah tədarükü xahişi etməməli, kredit müqaviləsini ləğv etməli və müdafiə vasitələri tədarük etdirmək üçün raketdən müdafiə sistemləri (RMS) istehsal edən ölkələrə müraciət etməlidir.

İstənilən halda aydındır ki, Azərbaycan Rusiya silahından təkcə erməni əsgərlərinə yox, Ermənistan-Rusiya dostluğuna, Avrasiya İqtyisadi Birliyinə, KTMT-yə və başqa türk birliklərinə atəş açdı.

Naira Ayrumyan,

Lragir (Ermənistan), 08.04.2016

Tərcümə Strateq.az-ındır.