XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 April 2016 - 18:13

AzTV-də nöqsanlar aşkarlandı –Palata yoxlama materialını Milli Məclisə göndərdi

aztv-kanal-loqo

Hesablama Palatasının 2015-cı il İş Planına uyğun olaraq "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə ayrılmış vəsaitlərin istifadəsinin auditi həyata keçirilib.

Bu barədə Palatanın 2015-cil üzrə hesabatında qeyd olunub. Bildirilib ki, audit tədbiri ilə 98,387,8 min manat vəsait əhatə olunub. Nəzarət tədbirləri nəticəsində AzTV-nin bir sıra nöqsanlara yol verdiyi aşkarlanıb. Belə ki, UEFA Çempionlar Liqasının final oyunlarından reportajlar hazırlamaq üçün ezam olunmuş işçilərə artıq vəsait xərc edilib, proqram təminatı vaxtından əvvəl hesabdan silinib, videomaterialların yeni formata köçürülməsi, bərpası və annotasiyalarının yazılması işlərini həyata keçirmək üçün yaradılmış işçi qrupunun üzvlərinin əməyinin ödənişini tənzimləyən daxili qaydalar və normalar müəyyən edilmədən onlara əmək haqqı hesablanıb, eləcə də təhtəlhesab şəxslərin hesabına ödənilən, lakin istifadə edilməyən ezamiyyə xərcləri üzrə vəsaitlər qaytarılarkən banka təhvil verilmədən, birbaşa kassaya mədaxil edilərək, sonradan təyinatı üzrə xərclərin ödənilməsinə yönəldilib.

Həmçinin material ehtiyatlarının dəyəri mühasibat hesabatında düzgün uçota alınmayıb, dekorasiya işlərinin və kitabların dəyəri uçota götürülməyib, işçilərə qonorarlar ödənilərkən hesablanmış qonorardan sosial sığorta haqqının hesablanması zamanı artıq vəsait ödənişinə yol verilib.

Nəzarət tədbirlərinin nəticələri Hesablama Palatasının Kollegiyasında müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.

Nöqsanların aradan qaldırılması və nöqsanlara yol vermiş şəxslərin qanunvericilikdə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə Kollegiya qərarının surəti "Azərbaycan Televiziya və Radio Verilişləri "Qapalı Səhmdar Cəmiyyətinə göndərilib. Eyni zamanda nəticələrlə bağlı Milli Məclisə məlumat verilib.