XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

11 Aprel 2016 - 17:01

Perunun ən nüfuzlu qəzetində Qarabağ haqda məqalə çıxdı –“Azərbaycana qarşı təcavüz”

turk muh

Perunun ən nüfuzlu qəzetlərindən biri olan “El Peruano“ qəzetində Ermənistan tərəfindən işğal edilmiş torpaqlarda son hadisələrə həsr olunmuş “Azərbaycana qarşı təcavüz” adlı məqalə dərc edilib.

Meksikadakı Azərbaycan səfirliyindən Strateq.az-a daxil olan məlumata görə, məqalədə Ermənistan tərəfindən cari ilin 2 aprel tarixində atəşkəs rejiminin 127 dəfə pozulduğundan və beləliklə qoşunların təmas xəttində vəziyyəti gərginləşdirdiyindən bəhs olunur.

Ermənistanın bu hərəkətinə cavab olaraq, beynəlxalq səviyyədə tanınmış sərhədlərini qorunması və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin lazımi tədbirlər gördüyü qeyd olunur.

Atəşkəsin pozulması ilə vəziyyətin gərginləşməsi nəticəsində əsgər və mülki şəxslərin həlak olduğu, fərdi mülkiyyətə xeyli ziyan dəydiyi məqalədə əks olunub.

Məqalədə Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının beynəlxalq sənədlərlə təsbit edildiyi qeyd olunur və münaqişənin həlli üçün başlıca prinsiplərin əks olunduğu Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı, həmçinin BMT Baş Assambleyasının 627243 (2008) saylı qətnamələrinə işarə vurulur.

Məqalədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən hərbi işğalının problemin həllinə kömək etmədiyi, işğala son qoyulmasının regiondakı ölkələrə və xalqlara əməkdaşlıq perspektivlərindən və iqtisadi inkişafdan faydalanmaq imkanı verəcəyi bildirilir.

Məqalə ilə http://www.elperuano.com.pe/noticia-agresion-contra-azerbaiyan-39952.aspx  elektron səhifəsinə daxil olaraq tanış olmaq olar.