XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

29 May 2015 - 09:01

Milli Məclis İTV ilə bağlı dəyişiklik etdi – Yayım Şurasına yeni üzvlər təsdiqləndi

Milli Məclis bu gün İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edib.

Strateq.az AzNews.az-a istinadən xəbər verir ki, dəyişiklik barədə çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə Sahibkarlar şurası tərəfindən Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, NEURON TECNOLOGİES MMC-nin baş direktoru İsmayıl Ələkbərov, gənclər təşkilatları tərəfindən “İrəli” ictimai birliyinin sədri Mirhəsən Seyidov, “Sağlam gəncliyə doğru” ictimai birliyinin sədri Turqay Həsənquliyev, qadınlar cəmiyyətləri tərəfindən Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova, “Qadın Liderliyi Uğrunda” ictimai birliyinin sədri ülkər Abdullayeva irəli sürülüb.

Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq İTV-nin Yayım Şurasının yeni üzvlərininin namizədlikləri irəli sürülən şəxslərdən – Sahibkarlar Şurasından Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Gənclər təşkilatlarından “İRƏLİ” İctimai Birliyindən Mirhəsən Seyidov, Qadın cəmiyyətlərindən Azərbaycan Jurnalistlər Qadınlar Assosiasiyasından Sevil Yusifova şuranın yeni üzvləri kimi təsdiq olunub.