XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

12 Aprel 2016 - 12:30

“Samanyolu” TV-dəterrorçu axtarılır

 

Türkiyənin məşhur “Samanyolu” televiziyası nurçuların əlindən alınır.

Ölkənin 9-cu Sülh və Cəza Məhkəməsinin sanksiyası ilə “Kaynak” Holdinglə bağlantısı olan 14 şirkət istintaqa cəlb olunub. İstintaq çərçivəsində, holdinqlə orqanik bağı olduğu təsbit edilən şirkət sayı 72-yə çatıb. Yeni 14 şirkət barəsində də dövlət qəyyumçuluğuna keçmək qərarı verilib və qəyyumlar təyin olunub. Onlar arasında “Samanyolu” televiziyası da var.

Strateq.az xəbər verir ki, məlumatı Anadolu Agentliyi yayıb. Məlumata görə, saat 8.00-da “Samanyolu”nda başlayan axtarışlar hazırda da davam etdirilir.

Qeyd edək ki, son bir neçə ildə Türkiyədə məhkəmə yoluyla xeyli müxalif media qurumu bu cür sıradan çıxarılıb. Media qurumlarının “zərərsizləşdirilməsi” AKP hakimiyyətini, özəlliklə prezident Rəcəb Tayip Ərdoğanı kəskin beynəlxalq tənqidlərin hədəfinə çevirib.

Nurçuların telekanalı olan “Samanyolu” da Fəthullah Gülənlə Ərdoğan arasında ziddiyyətlər ortaya çıxdıqdan sonra müxalif qanada keçmişdi. Ötən ilin sonlarında bağlanan telekanal hakimiyyəti ən kəskin tənqid edən media qurumu kimi tanınırdı.

İndi isə telekanalın binasında axtarışların aparılması Türkiyə gündəminə zərərsizləşdirilən yeni təhlükə barədə gen-bol müzakirə mövzusu verəcək.