XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Aprel 2016 - 20:16

MTRŞ bir neçə şirkətə kabel şəbəkəsi yayımı üçün lisenziya verdi –SİYAHI

MTRSH

Televiziya və Radio Şurası (MTRŞ) bu il bir neçə şirkətə kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) verib.

MTRŞ-da “Uninet” MMC, “RA Technologies” MMC, “ULTEL” MMC, “İZONE” MMC, “Global Technology” MMC, “Biosoft Service” MMC, “Caspel” MMC və “AvirTV" MMC-yə kabel şəbəkəsi yayımı üçün (yayımın üsulu – internet) 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib.

 Eyni zamanda, MTRŞ tərəfindən “TV TEXSERVİS” MMC-yə, “Videoton” Kiçik Müəssisəsinə Sumqayıt şəhərində, “Pluton Satellite” MMC-yə Sumqayıt şəhərində, “Vircina” Kiçik Müəssisəsinə Sumqayıt şəhərində, “Orbita TV” MMC-yə Sumqayıt şəhərində və Qasımov Möhsüm Hüseyn oğluna Sumqayıt şəhərində kabel şəbəkəsi yayımı üçün (yayım üsulu – kabel)  6 il müddətinə xüsusi razılıq (lisenziya) verilib.

APA