XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

14 Aprel 2016 - 18:27

Baş Prokurorluq qəzet rəhbərinəxəbərdarlıq etdi

prokurorluq.jpg

“Femida.az” internet saytının adından və elektron poçt ünvanından sui-istifadə etməsi ilə bağlı “Femida-007” qəzeti barəsində qanunamüvafiq tədbir görülməsinə dair həmin saytdan daxil olmuş müraciət Baş Prokurorluqda araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Strateq.az-a daxil olan məlumata görə, araşdırmalar nəticəsində “Femida-007” qəzetinin rəhbərliyi tərəfindən “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinin tələblərinin pozulduğu müəyyənləşdirilib.

Qəzetin baş redaktoru Baş Prokurorluğa dəvət edilərək ona yol verdiyi qanun pozuntusunun aradan qaldırılmayacağı təqdirdə “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə müvafiq qaydada barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbir görüləcəyinə dair rəsmi xəbərdarlıq olunub.