XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

15 Aprel 2016 - 17:15

Qulu Məhərrəmlinin AzTV sədri haqda müsahibəsi ekspertizaya göndərildi –Məhkəmə prosesi

arif-alisanov-qulu

Bu gün Yasamal rayon Məhkəməsində “Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovun jurnalist Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib.

Strateq.az xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə AzTV sədrinin vəkili Zaur Abbasov  Qulu Məhərrəmlinin məhkəmə predmeti olan müsahibəsinin linqvistik ekspertizanın keçirilməsi ilə bağlı vəsatət verib. Cavabdeh tərəf də bütün hallarda ekspertizanı vacib saysalar da, iddiaçının, yəni Arif Alışanovun vəsatətinin qüsurlu tərtibatı ilə yanaşı, orada qoyulan sualların təhrikçi və yönəldici xarakter olmasına etiraz ediblər. Bundan sonra hakim ekspertiza rəyinin alınması ilə bağlı yeni sual tərtib edərək, müvafiq qərar qəbul edib. 

Strateq.az xəbər verir ki, ekspertizanın cavabı gələnə qədər proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.