XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

19 Aprel 2016 - 12:01

Komitə sədri AzTV-nin əməkdaşına vəzifə verdi –Statistika Komitəsində yeni mətbuat katibi

statistika-komitesi-

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun müvafiq əmri ilə telejurnalist Elməddin Quliyev Komitənin ictimaiyyətlə əlaqələr sektorunun müdiri – mətbuat katibi təyin olunub.

"Qafqazinfo” xəbər verir ki, bu vaxta qədər komitədə mətbuat xidməti olmayıb.

Xatırladaq ki, E. Quliyev Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr, Naxçıvan Dövlət Universitetində isə "Mətbuat tarixi” istiqaməti üzrə magistr təhsili alıb. Uzun müddət AzTV-də İnformasiya Proqramları Studiyasında müxbir vəzifəsində işləyib. Eyni zamanda elektron və çap mətbu orqanlarında müxtəlif janrlı məqalələrlə də çıxış edib.