XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

20 Aprel 2016 - 09:32

Rusiyanın “Sputnik” agentliyinin azərbaycanlı redaktoruTürkiyədən çıxarılıb

sputnik

 

Rusiyanın “Sputnik” informasiya agentliyinin Turkiyə bölməsinin baş redaktoru, azərbaycanlı jurnalist Tural Kərimov İstanbul hava limanında saxlanılaraq ölkəyə buraxılmayıb.

Strateq.az bildirir ki, T.Kərimov RİA-ya açıqlamasında deyib ki, türk höküməti önun ölkəyə girişini qadağan və akkreditasiyasını ləğv edib.

“Məni sərhəd buraxılış məntəqəsində bir saat saxldılar. Sonra mənə bir kağız təqdim etdilər. Orada yazılmışdı ki, mən girişi Türkiyəyə qadağan olunmuş sərnişinəm. Amma səbəbləri barədə heç nə yazılmamışdı. Məndən press kart və oturum hüququ verən sənədləri aldılar. Bildirdlər ki, elə ilk reyslə Rusiyaya qayıdım”, -deyə T.Kərimov deyib.

Qeyd edək ki Türkiyədə ötən həftədən Sputnik saytı bloklanıb.Bu barədə Ankara məhkəməsi qərar çıxarıb. Məhkəməyə müvafiq müraciətlə Türkiyə hökümətinin təhlükəsizlik baş idarəsi çıxış edib.