XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2015 - 10:44

TRT-dən qürbətdə yaşayan türklər üçün yeni radio – “Məmləkətim FM”

trt.jpg

TRT ənənəsinə sadiq qalaraq yeni layihələrə imza atmaqda davam edir. Avropa FM Məmləkətim FM adı altinda bütün dünya türkləri üçün yayıma başlayır.

TRT-nin Bakı təmsilçiliyindən Strateq.az saytına bildiriblər ki, qürbətdə yaşayan Türkiyə vətəndaşları 1937 ildən bu yana “Türkiyənin Səsi Radiosu”nu dinləyərək vətən həsrətlərini qismən ovudurdular. Lakin TRT sayəsində xaricdə yaşayan Türkiyə vətəndaşları radio kanalına sahib olacaq. Məmləkətim FM 24 saat yayım imkanına malik olmaqla, keçici olaraq internet portalı www.memleketim.gov.tr üzərindən yayıma başlayacaq. TRT- nin baş direktoru Şenol Göka radio yayımcılığını dəstəklədiyini, gənçlərin Türkiyə türkcəsindən mükəmməl şəkildə istifadə etmələri üçün Məmləkətim FM böyük əhəmiyyət daşıyacağını qeyd edib.

Strateq.az