XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2015 - 05:59

Almaniyanın “Diplomatisches Magazin” jurnalı ilk Avropa Oyunları haqqında yazır

avropa oyunlar loqo.jpg

Almaniyanın nüfuzlu “Diplomatisches Magazin” jurnalında “2015-ci il Avropa Oyunlarına dair məlumat axşamı” adlı məqalə dərc olunub.

Məqalədə bildirilir ki, cari il aprelin 29-da ilk Avropa Oyunları ilə əlaqədar Azərbaycanın Almaniyadakı səfirliyində Berlin Alman Jurnalistlər Birliyinin üzvü olan təxminən 30 jurnalistlə görüş keçirilib.

Görüşdə səfir Pərviz Şahbazov Azərbaycanda idmanın inkişafından danışıb və iyunun 12-də Bakıda, 65 min nəfərlik tamaşaçı tutumu olan Olimpiya Stadionunda Avropa Oyunlarının açılış mərasiminin keçiriləcəyini diqqətə çatdırıb.

Səfirliyin müşaviri Rizvan Nəbiyev isə görüş iştirakçılarına Azərbaycanda gedən inkişaf prosesləri, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verib.