XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Aprel 2016 - 11:36

ANS-in MTRŞ-ə qarşı daha 3 şikayəti təmin edilmədi –Məhkəmə prosesi

ans mtrs

Bakı Apellyasiya Məhkəməsində ANS ÇM radiosunun Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətləri üzrə 3 məhkəmə prosesi keçirilib.

MTRŞ-nın nümayəndəsi Toğrul Mirzəzadənin verdiyi məlumata görə, məhkəmə şikayətlər üzrə bir qərar qəbul edib. Qərara əsasən, radionun şikayətləri təmin edilməyib və Səbail rayon Məhkəməsinin qərarları qüvvəsində saxlanılıb(APA).

Qeyd edək ki, MTRŞ radionun cərimələnməsi ilə bağlı bir neçə qərar qəbul edib. Həmin qərarlarla razılaşmayan radio Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə radionun iddialarını təmin etmədiyindən apellyasiya şikayətləri verilib.