XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2015 - 08:04

“Niyə onlar 13 gündən sonra hərəkətə keçiblər?” – Jurnalist laçınlılara cavab verdi
ANS-in tanınmış jurnalisti Ləman Ələşrəfqızı Laçın sakinlərinin etirazlarına cavab verib.
Strateq.az AzVision.az-a istinadən bildirir ki, jurnalist hazırladığı süjetdə heç bir təhqir olmadığına görə, Laçınlılardan üzr istəməyəcəyini deyib:
“Efirə gedən süjetdə heç bir təhqir işlətməmişəm ki, üzr də istəyim. Orada kəndin 1927-ci ilə kimi olan adını demişəm. Əgər təhqir olsaydı, türklər demişkən, yazardım ki, “aptala” oxşuyur. Amma mən orda kəndin adını – Abdalı çəkmişəm. O qədər savadsızdırlarsa, açsınlar, axtarış verib kəndin adına baxsınlar”.
L.Ələşrəfqızı təhqir etdiyi halda sakinlərdən üzr istəməyə hazır olduğunu vurğulayıb:
“Təbii ki, təhqir etmiş olsaydım, üzr istəyərdim. O qədər də tərbiyəsiz deyiləm. Bir şey də maraqlıdır ki, niyə onlar yatıb, indi oyunırlar? Süjet efirə mayın 18-də gedib. Niyə onlar 13 gündən sonra hərəkətə keçiblər? Şəxsən mən o süjetdə təhqir görmürəm. Prezidentə də ünvanladıqları məktubda iki cümlə göstəriblər: “Laçın təslim üçün əllərini qaldırmışdı, vəziyyət belə idi. Rayon 1927-ci ilə qədər daşıdığı ada – Abdala oxşuyurdu”. İndi desinlər ki, təhqir haradadır?”
Xatırladaq ki, Azərbaycanın işğal olunmuş Laçın rayonunun sakinləri ANS telekanalı ilə bağlı prezidentə müraciət ediblər. Onlar Laçın rayonunun hər il keçirilən işğal günləri ərəfəsində telekanalın hazırladığı verilişlərdə təhqir olunduğunu bildirilər.
Şikayətçilər bildirib ki, ANS-in 17 may 2015-ci il tarixli xəbərlər bülletenində efirə getmiş süjetlərə şərh verən telejumalist Ləman Əşrəfqızı Laçın rayon sakinlərini növbəti dəfə alçaldıb, onları ləkələməyə çalışıb.
Strateq.az