XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

25 Aprel 2016 - 19:30

Qulu Məhərrəmliyə qarşı məhkəmə işi üzrə icraat dayandırıldı –Vəkildən açıqlama

arif-alisanov-qulu

Bu gün Nəsimi Rayon Məhkəməsində Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (ASC) sədri Arif Alışanovun professor, əməkdar jurnalist Qulu Məhərrəmliyə qarşı mülki qaydada dəymiş ziyanın ödənilməsi barədə verdiyi şikayət üzrə məhkəmənin növbəti iclası keçirilib.

Bu barədə Q.Məhərrəmlinin nümayəndəsi Nicat Gözəlov məlumat verib.

Vəkil bildirib ki, o, hakim Etibar Hümbətovun sədrliyi ilə keçirilən prosesdə vəsatətlə çıxış edib.

N.Gözəlov vəsatətində Yasamal Rayon Məhkəməsində A.Alışanovun Q.Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında iddia qaldırdığını və hazırda bu işdə linqivistik ekspertizanın təyin olduğunu bildirib.

O, Yasamal Rayon Məhkəməsində baxılan işlə bağlı qərar verilənə qədər Nəsimi Rayon Məhkəməsində keçirilən iş üzrə icraatın dayandırılmasını istəyib. Vəsatət təmin olunub(Report).

Qeyd edək ki, A.Alışanov və Q.Məhərrəmli arasında narazılıq jurnalistin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb. Bundan sonra Alışanov Məhərrəmlini məhkəməyə verib. O, jurnalistdən mülki qaydada dəymiş ziyanın ödənilməsini istəyib. Bununla bağlı A.Alışanov Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlidən 100 min manat pul tələb edib. A.Alışanov ərizəsində həmin pulu Körpələr Evinə verəcəyini göstərib. Həmçinin, A.Alışanov Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlinin cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında şikayət verib. Hazırda Yasamal Rayon Məhkəməsində A.Alışanovun Q.Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmədə linqivistik ekspertiza təyin olunub.