XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 April 2016 - 11:12

Qulu Məhərrəmlinin İTV-nin əməkdaşına qarşı iddiası –Nəsimi məhkəməsinə göndərildi

qulu-meherremli-yennn

Bu gün Səbal rayon Məhkəməsində telejurnalist Qulu Məhərrəmli İTV-nin əməkdaşı Rauf Rəcəbova qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

 R. Rəcəbovun vəkili Elnur Quliyevin verdiyi məlumata görə, prosesdə tərəflər dinlənilib. 

Məhkəmə işə Səbal rayon Məhkəməsində deyil, Nəsimi rayon Məhkəməsində baxılması barədə qərar qəbul edib və iş Nəsimi rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Q. Məhərrəmli R. Rəcəbova qarşı xüsusi ittiham qaydasında iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət edib. Q. Məhərrəmli iddia ərizəsində AzTV tərəfindən barəsində çəkilən videoda R. Rəcəbovun ona qarşı təhqir səsləndirdiyini bildirib. 

APA