XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

28 Aprel 2016 - 16:19

Rauf Rəcəbov:“Qulu Məhərrəmlinin şikayəti əsassızdır”

 

rauf

 

Bu gün Səbael rayon məhkəməsində hakim Rauf Əhmədovun sədrliyi ilə Qulu Məhərrəmli ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Carcifilm” Yaradıcılıq birliyinin direktor müavini Rauf Rəcəbov arasında məhkəmə hazırlıq iclası  kecirilib.

Rauf Rəcəbov bildirib ki, vəkili ilə təyin olunan vaxtda məhkəmə iclasında iştirak edib. "Bu gün Q.Məhərrəmlinin xüsusi ittiham şikayəti ilə əlaqədar məhkəmənin hazırlıq iclası keçirildi. Mövqeyimiz ondan ibarət oldu ki, Q.Məhərrəmlinin mənə qarşı xüsusi ittiham şikayəti məhkəmə baxışına verilməməlidir. Çünki bu şikayət əsassızdır. Şikayətdə Q.Məhərrəmli məhkəməyə yanlış məlumat verərək yazır ki, guya, mən onu ağır və xüsusilə ağır cinayətlərdə ittiham etmişəm. Ancaq şikayətin məzmunundan da göründüyü kimi, Q.Məhərrəmli şikayətini əsaslandıra bilməyib, mənə qarşı ittihamları sübuta yetirilmir. Ümumiyyətlə, məhkəmənin diqqətinə çatdırdıq ki, Q.Məhərrəmlinin təhqir olunması və ya ona böhtan atılması barədə iddiaları əsassız olduğundan işin məhkəmə baxışına verilməməsinə dair qərar qəbul olunmalıdır. Məhkəmə isə şikayətin baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilməsinə dair qərar qəbul etdi. Hakim qərarını qısaca olaraq belə əsaslandırdı ki, iş materiallarında 7 news.az saytının qeydiyyat ünvanı Nəsimi rayonu ərazisində olduğu və Q.Məhərrəmlinin şikayət etdiyi yazının da həmin saytda yayılmasını nəzərə alaraq belə qərar qəbul etmişdir. Bir daha bildirirəm ki, Q.Məhərrəmlinin ittihamları əsassız və yersizdir. Məhkəməyə müraciət etməklə Q.Məhərrəmli özünü gündəmdə saxlamaq istəyir, guya, özünü təhqir olunmuş, böhtan atılmış şəxs kimi göstərməyə çalışır. Həmişəki kimi, Q.Məhərrəmli öz yanlış addımları nəticəsində düşdüyü vəziyyətdən çıxmaq üçün özündən «qurban» obrazı yaratmaq istəyir. Q.Məhərrəmlini tanıyan hər kəs bilir ki, o, başqalarına qarşı qərəzli hərəkətlər edib, özünü təmizə çıxarmaq üçün «qurbanlıq» kimi göstərməyi yaxşı bacarır. İndiyədək özünü diffamasiya haqqında qanunun tərəfdarı, cəfakeşi kimi təqdim edən Q.Məhərrəmli özü barədə tənqidi fikirlərə qarşı bu cür dözümsüz münasibət göstərməklə özü-öznü təkzib etmirmi?"