XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

05 İyun 2015 - 08:05

ANS Aytəni niyə efirə buraxmır? – Jurnalist sualdan yayınıb

ANS-in tanınmış siması, aparıcı Aytən Səfərova uzun müddətdir ki, efirdə görünmür.

Axar.az xəbər verir ki, Aytən Səfərovanın “Salam, Azərbaycan” verilişi həmişə olduğu kimi, həftə içi hər gün efirdədir, amma verilişi Samir Cabbarov aparır.

Aytən Səfərovanın efirə çıxmaması haqda rəsmi açıqlama hələ ki, verilməyib. Amma qeyri-rəsmi məlumata görə, xanım aparıcının efirdə görünməməyinin səbəbi onun ANS rəhbərliyi ilə yaşadığı problemlərdən irəli gəlir. Bildirilir ki, Aytən xanım həmkarı Mətanət Əliverdiyevanın əleyhinə çıxış etmədiyinə görə kanal rəhbərliyi ilə problem yaşayır.

Məsələyə aydınlıq gətirmək üçün ANS telekanalı ilə əlaqə saxladıq. Dəstəyi götürən xanım Aytən Səfərova ilə bağlı sualımıza “Bir dəqiqə gözləyin, sualınızı Gülşən xanım cavablandıracaq” – dedi. Gülşən xanımsa dəstəyi götürüb Azərbaycanın xalq mahnılarından birini zümzümə etməyə başladı.

Görünür, bu üsulla onlar zəng edənlərin əhvalını yaxşılaşdırmağa, Aytən xanımın yoxluğunu unutdurmağa çalışırlar.