XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

04 May 2016 - 14:57

AzToday.az saytının baş redaktoru məhkəməyə verildi

elmidar-eliyev

Bakı Gömrük İdarəsinin rəisi Vüsal Novruzov AzToday.az saytının baş redaktoru Elmidar Əliyevi məhkəməyə verib. Bu barədə Elmidar Əliyev AzToday.az saytına açıqlama verib.

Vüsal Novruzov Aztoday.az saytında barəsində dərc olunan yazılarda şərəf və ləyaqətini ləkələyən məlumatların yer aldığını iddia edərək Elmidar Əliyevdən Yasamal rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verib. 

Yasamal rayon Məhkəməsindən baş redaktora göndərilən bildirişdə məhkəmə baxışının mayın 6-na təyin olunduğu bildirilib.