XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

05 May 2016 - 17:05

Rayonlar boşalıb, ərzaq çatışmır, əsgərlər… –Erməni jurnalistin Qarabağdan şok açıqlamaları

samvell

Erməni jurnalist Qarabağda şok faktlar üzə çıxarıb.

Ermənistanın “Yerkir media” nəşrinin muxbiri Samvel Tatevosyan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisindən reportaj hazırlayıb.

Reportajda Dağlıq Qarabağda, xüsusən cəbhə boyu kəndlərdə dislokasiya olunmuş hərbi hissələrin ərazisində olub, oradakı mövcud vəziyyəti öyrənən müxbir bir çox məsələlərə aydınlıq gətirməyə çalışıb.

Belə ki, apreldə baş verən döyüş əməliyyatlarından sonra Qarabağa səfər edərkən buranın çox dəyişdiyini bildirən S.Tatevosyan hazırda bu bölgədə yerləşən bir çox kəndin demək olar ki, boş olduğunu vurğulayıb.

Reportajda kəndlərdə yalnız hərbçilərin yaşadığı, Mardakert (Ağdərə), Stepanakert (Xankəndi), Martuni (Xocavənd), Hadrud və Berdzor (Laçın) şəhərlərində gündəlik həyatın iflic olduğu, insanların məyus halda gəzdiyi, həyatın rəngsiz hal aldığı əksini tapıb.

Cəbhə boyu hərbi hissələri gəzən, əsgərlərlə söhbət edən jurnalistin diqqətini əsgərlərin həddindən artıq problemlərinin olduğu, komandirlərin onlarla maraqlanmadığı, əsgərlərin döyüş ləvazimatlarının çatışmadığı, qış paltarı və ayaqqabılarının yararsız olduğu cəlb edib.

Bundan başqa, döyüş postlarında olarkən burada şəraitin zəif təşkil oluduğunu, ərzaq və suyun çatışmadığını, əsgərlərin çox vaxt ac qaldığını, qidaların keyfiyyətsiz olması səbəbindən xəstəliklərin artdığını bildirən müxbir indiyə qədər ordu haqqında eşitdiklərinin əksinə, burada gördükləri mənzərədən şoka düşdüyünü qeyd edib.

S.Tatevosyan reportajının sonunda Ermənistan hakimiyyətinin təsiri altında olan mətbuatın Dağlıq Qarabağda və ordudakı real vəziyyəti ictimaiyyətdən gizlətməyinin və bu kimi hallara ictimai nəzarətin olmamasının erməni xalqı üçün ağır nəticələrə gətirib çıxaracağından narahatlığını da ifadə edib.

Axar.az