Türkiyənin NTV kanalının məlumatına görə 14-cü İstambul Ağır Cəza Məhkəməsi “Cumhuriyyət” qəzetinin baş redaktoru Can Dündar və qəzetin Ankara bürosunun əmkdaşı Ərdəm Gülə hökm oxuyub. “Dövlətin gizli qalması vacib olan məlumatlarını açmaq” maddəsi ilə C.Dündar 5 il 10 ay, Ə.Gül isə 5 il azadlıqdan məhrum edilib.
Bundan sonra jurnalistlərin appelyasiya şikayətlərinə baxılması mərhələsi başlayacaq. Bu mərhələ bitənə qədər jurnalistlər həbs edilməyəcək.
Strateq.az