XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

10 May 2016 - 20:15

Vəkil həbsxanadan şikayət etdi –Jurnalistin işinə görə...

yalcin-imanov-300x169

Jurnalist Xədicə İsmayılın vəkili Yalçın İmanov müdafiə etdiyi şəxsin saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsini məhkəməyə verib.

Bu barədə Report-a Y.İmanov məlumat verib.

Onun sözlərinə görə, buna səbəb X.İsmayılın vəkillərinin və sənədlərinin 4 saylı cəzaçəkmə müəssisəsinə girişdə və çıxışda axtarışa və senzuraya məruz qalmasının müdafiə hüququnun pozuntusu kimi tanınması olub. Y.İmanov dəymiş ziyana görə maddi təzminat və s. barədə tələb irəli sürüb: "Şikayət məhkəmə nəzarəti qaydasında verilib. İş artıq baxılması üçün Xətai Rayon Məhkəməsinin hakimi İbrahim İbrahimlinin icraatına verilib. Şikayətə mayın 11-i saat 12-00-da baxılacaq".

Y.İmanov bildirib ki, 4 saylı cəzaçəkmə müəssisəsi və Penitensiar Xidmət onunla bağlı Vəkillər Kollegiyasına müraciət edərək, vəkilin üzərindən başqa məhkuma aid məlumatların aşkar edildiyini və buna görə də vəkil barəsində intizam tədbirinin görülməsini istəyib: "Artıq Vəkillər Kollegiyası bununla bağlı intizam icraatına başlayıb".

O, X.İsmayılın vəkillərinin 4 saylı cəzaçəkmə müəssisəsinə girişdə və çıxışda şəxsi axtarışa məruz qalması və sənədlərinin senzura edilməsiylə bağlı vəkillərin bir müddət əvvəl Penitensiar Xidmətə və Ombusman Aparatına da müraciətlər etdiyini deyib: "Xədicə İsmayılın özü də vəkillərlə görüşə gələrkən, hər dəfə şəxsi axtarışa məruz qalır. Bu yoxlamalar yalnız Xədicə İsmayıl və onun vəkillərinə münasibətdə tətbiq edilir, digər məhkumlar vəkilləri ilə görüşərkən nə özləri, nə də onların müdafiəçiləri heç bir yoxlamaya məruz qalmırlar".