XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 May 2016 - 20:23

Xədicə İsmayılın məhkəməsinin vaxtı bilindi –25 may

xedice-2

 

Araşdırmaçı jurnalist Xədicə İsmayılın həbsdən verdiyi kasassiya şikayətinə Ali Məhkəmədə nə vaxt baxılacağı məlum olub.

Vəkil Fəxrəddin Mehdiyevin azadliq.info-ya verdiyi məlumata görə, proses mayın 25-i saat 14.30-a təyin edilib.

İşə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifədən sui-istifadə kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi də Bakı Ağır Cinayətlər Məhkəməsinin bu hökmünü qüvvədə saxlayıb. Apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verilib.

Xədicə İsmayıl ittihamları rədd edir və jurnalist fəaliyyətinə görə cəzalandırıldığını bildirir.

"Amnesty İnternational" beynəlxalq insan haqları təşkilatı Xədicə İsmayılı “vicdan məhbusu" elan edib.