XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

12 İyun 2015 - 07:03

Daha bir məşhur kanal Avropa Oyunlarını canlı yayımlayacaq

İlk Avropa Oyunlarının İspaniyadakı teleyayımını həyata keçirəcək RTVE kanalı “Bakı-2015″lə bağlı açıqlama yayıb.

Açıqlamada bildirilir ki, iyunun 12-28-də Azərbaycanın paytaxtı Bakıda ilk Avropa Oyunları keçiriləcək. Yarışlarda 6000-dən artıq, o cümlədən İspaniyadan 214 atlet 20 idman növü üzrə mübarizə aparacaq.

Televiziya kanalının rəhbərliyi bildirir ki, Avropa Oyunlarının açılış və bağlanış mərasimləri, eləcə də ispaniyalı idmançıların yarışları canlı yayımlanacaq. Bundan başqa, Oyunlar müddətində hər gün iki dəfə yarışların icmalı veriləcək. Televiziyanın internet səhifəsində isə Oyunlarla bağlı xüsusi olaraq www.rtve.es/baku bölməsi yaradılıb.(azərtac)