XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 May 2016 - 11:22

“Fotomu tək verin…” –Qulu Məhərrəmlidən ilginc qadağa

qulu-meherremli-yennn

Professor, əməkdar jurnalist Qulu Məhərrəmli sayt və qəzetlərdə fotosunun Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (ASC) sədri Arif Alışanovla birgə qoyulmasına etiraz edib.

Strateq.az xəbər verir ki, Qulu Məhərrəmli "Feysbuk"dakı səhifəsində sayt və qəzet rəhbərlərindən bu istəyinə hörmətlə yanaşmağı xahiş edib: “Hörmətli qəzet redaktorları və sayt rəhbərləri! Xeyli müddətdir ki, səhifələri mənim AzTV müdiri ilə yanaşı şəkilim “bəzəyir”. Mediada çalışan keçmiş tələbələrim, dostlarım və bizə rəğbəti olan həmkarlarımız bəzi səbəblərdən bu şəkillərin yanaşı qoyulmasını qəbul etmirlər. Psixoloq dostların təhlilindən sonra mən də bu fikirlərlə razılaşmışam. Ona görə sizlərdən rica edirəm ki, mənim şəklimi o adamın fotosu ilə yanaşı qoymayın, lütfən!!!”.