XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

25 May 2016 - 17:46

YAP-dan Xədicə İsmayılla bağlı ilginc açıqlama:"Kimsə şouya çevirməsin"

xedice-2

“Xədicə İsmayılın şərti cəza ilə azadlığa çıxması adi haldır. Bunu Azərbaycanın hüquq-mühafizə orqanlarının humanist siyasətinin nəticəsi hesab edirəm”.

Bu fikirləri AzVision.az-a Yeni Azərbaycan Partiyasının icra-katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

YAP rəsmisi vurğulayıb ki, X.İsmayılın şərti cəza ilə azadlığa buraxılması şouya çevrilməməlidir: “Azərbaycan dövləti humanistdir. Belə hallar hər zaman olub. Hazırda bu proses davam edir. Xədicə İsmayılın şərti azadlığa buraxılmasını kimsə şouya çevirməsin. Bu, adi haldır. Azadlığa buraxılan müəllim, həkim heç də ondan aşağı deyil, əksinə daha üstündür”.

Qeyd edək ki, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova bu gün azadlığa buraxılıb.

Ali Məhkəmədə jurnalist Xədicə İsmayılova barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Prosesdə Xədicə İsmayılovanın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəz olunması barədə qərar çıxarılıb.