XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

14 İyun 2015 - 20:08

Donetskdə “France Press”in jurnalisti vuruldu

Donetskdə “France Press”in jurnalisti vuruldu

Ukraynanın Donetsk şəhərinin yaxınlığında “France Press” informasiya agentliyinin jurnalisti Aleksandr Qayuk vurulub.

“İnterfaks” agentliyinin verdiyi xəbərə görə, bu barədə Kuybışev rayon administrasiyasının başçısı İvan Prixodko bildirib.
O dəqiqləşdirib ki, jurnalist ayağından güllə yarası alıb. Onun hazırda xəstəxanaya yerləşdiyi və həyatına heç bir təhlükənin olmadığı bildirilir. İvan Prixodkonun sözlərinə görə, Donetsk istiqamətindən açılan atəşlə daha iki dinc sakin yaralanıb.
Məlumata görə, Kuybışev rayonunda bir həftə ərzində edilən atəşlər nəticəsində 50 ev dağıdılıb, iki dinc sakin həlak olub və doqquzu yaralanıb.